EN

Tramp və Putin Alyaskadakı sammiti “məsuldar” adlandırdı

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Alyaskada Rusiya lideri Vladimir Putinlə keçirilən sammitlə bağlı video yayımlayıb.

Doğru.az xəbər verir ki, Tramp çıxışında görüşün çox məhsuldar keçdiyini və tərəflərin bir çox məsələlərdə razılığa gəldiyini qeyd edib. ABŞ prezidenti yaxın vaxtlarda yenidən Rusiya dövlət başçısı ilə görüşəcəyini də istisna etməyib.

Öz növbəsində Vladimir Putin Alyaska səfərini vaxtında və faydalı adlandırıb. Kremlin mətbuat katibi Dmitri Peskov da iki liderin söhbətini “çox müsbət” kimi dəyərləndirib.

DOĞRU.AZ

Chosen
23
50
dogru.az

10Sources