Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Son Yazılar:
- Dövlət Sərhəd Xidmətinin binası yandı
- Kral III Çarlzın səhhəti kəskin pisləşdi
- Yayda çılpaq yatmaq olmaz – Həkimdən xəbərdarlıq
Hadisə nəticəsində xəsarət alan olmayıb.