EN

DSX Aparatının damında yanğın olub

Avqust ayının 17-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib.

Day.Az xəbər verir ki, bu barədə DSX və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda deyilir. 

Məlumata əsasən, DSX-nin şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın ocağı qısa zamanda söndürülüb.

Hadisə nəticəsində binaya ciddi ziyan dəyməmiş, şəxsi heyət arasında xəsarət alan olmayıb.

Chosen
39
50
day.az

10Sources