EN

Üçtərəfli görüş müharibəni bitirə bilər Çernev

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ, Ukrayna və Rusiya liderləri arasında keçiriləcək üçtərəfli görüş irəliləyişə çevrilə və müharibənin bitməsinə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat məsələləri üzrə Komitə sədrinin müavini, Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernev bildirib.

“Əlbəttə, söhbət müharibənin hər hansı bir qiymətə dayandırılmasından getmir. Bizim öz qırmızı xətlərimiz var – yəni heç vaxt qəbul etməyəcəyimiz məsələlər. Məsələn, suverenliyin itirilməsi. Biz Rusiya tərəfindən müxtəlif bəyanatları görürük, onlar nə istədiklərini və nəyə qadir olduqlarını bildirirlər. Amma bizim arxamızda avropalılar dayanır, onlarla mövqeyimiz eynidir”, – deyə o söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın avqustun 22-də ukraynalı həmkarı Vladimir Zelenski və Rusiya lideri Vladimir Putinlə üçtərəfli görüş keçirmək istədiyinə dair xəbər yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
70
50
axar.az

10Sources