EN

Ayaqdakı şişkinliyi yox edən 6 ÜSUL

Ayaqlarda şişkinlik həm xəstəliklərin simptomu, həm də sağlam insanda fizioloji vəziyyət ola bilər.

Publika.az xəbər verir ki, həkim-terapevt Nadejda Çernışova life.ru-ya verdiyi açıqlamada bildirib ki, Əgər şişkinlik davamlı və ya tez-tez yaranırsa, bu ürək çatışmazlığı, varikoz xəstəliyi, böyrək problemləri (üzdə şişkinliklə müşayiət olunan), qalxanabənzər vəzi xəstəlikləri, allergik reaksiyalar və ya travmaların nəticəsi ola bilər. Belə hallarda əsas xəstəliyin müalicəsi vacibdir, yalnız simptomları aradan qaldırmaq kifayət deyil.

Sağlam insanlarda isə şişkinlik isti havalarda duzlu qidaların və spirtin çox qəbulu, uzun müddət oturmaq və ya ayaq üstə durmaq, narahat ayaqqabı, qadınlarda menstrual dövr və hamiləlik səbəbindən yarana bilər.

Həkim iş günündən sonra ayaqlardakı şişkinliyi tez azaltmaq üçün təsdiqlənmiş üsulları təqdim edib:

Kontrast vannalar: 2-3 dəqiqə isti su (35-37°C), sonra 30 saniyə soyuq su (18-20°C). Prosesi 5-7 dəfə təkrar edin, son olaraq soyuq su ilə bitirin. Bu qan dövranını yaxşılaşdırır.

Masaj: Ayaqdan dizə doğru masaj edin, yüngül sıxma və çimdik hərəkətlərindən istifadə edin. Mentollu soyuducu gel də tətbiq oluna bilər.

Ayaq gimnastikası: Ayaqları dairəvi hərəkətlərlə döndərin (hər istiqamətə 10 dəfə), barmaq uclarına qalxın (15-20 dəfə), "velosiped" hərəkətini arxada uzanaraq edin (2-3 dəqiqə).

Chosen
44
48
publika.az

10Sources