EN

ABŞ-ın Türkiyə ilə bağlı bu hesabatı qalmaqal yaratdı

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 2024-cü il İnsan Haqları Hesabatında ölkə ilə bağlı yer alan iddiaları rədd edib.

 

Nazirliyin bəyanatında bildirilib ki, Türkiyə qanunun aliliyi və əsas hüquq və azadlıqlar çərçivəsində terrorun bütün formaları ilə mübarizə aparır: “Hesabatda yer alan iddialar reallıqdan uzaqdır. FETÖ-nün manipulyativ ritorikasına əsaslanan arqumentlərin sənədə salınması təəssüf doğurur”.

 

Bəyanatda qeyd olunub ki, Türkiyənin Suriyadakı əməliyyatları özünümüdafiə hüququna əsaslanır və mülki şəxslərə zərər verməmək üçün maksimum həssaslıq göstərilir.

 

Nazirlik vurğulayıb ki, milyonlarla qaçqını qəbul edən Türkiyə, qlobal miqrasiya idarəçiliyində nümunə ölkə kimi fəaliyyət göstərir.

Chosen
23
2
senzor.az

9Sources