EN

İspaniyanın 14 fərqli yerində meşə yanğınları: 7 nəfər öldü

BAKI, 17 avqust. TELEQRAF

İspaniyanın 14 fərqli yerində davam edən meşə yanğınlarında 7 nəfər ölüb.

Teleqraf xəbər verir ki, yanğınlar 157 min hektar ərazini əhatə edib.

İspaniyanın Fövqəladə Hallar Xidmətinin baş direktoru Virgina Barkones ölkədə son 20 ilin ən dəhşətli meşə yanğınlarının baş verdiyini bildirib.

Ölkədə getdikcə temperaturun daha da yüksələcəyi və yanğının genişlənəcəyi bildirilir.

Chosen
62
50
teleqraf.com

10Sources