EN

Dövlət Sərhəd Xidmətinin Aparatının damında baş vermiş yanğın söndürülüb

Bakı. Trend:

Avqust ayının 17-də saat 04:00 radələrində Dövlət Sərhəd XidmətiAparatının inzibati binasının damında elektrik naqillərindəyaranmış qısaqapanma nəticəsində yanğın hadisəsi baş vermişdir.

Trend xəbər verir ki, DövlətSərhəd Xidmətinin şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlərvə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətininhadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi vəpeşəkarlığı nəticəsində yanğın ocağı qısa zamandasöndürülmüşdür.

Hadisə nəticəsində binaya ciddi ziyan dəyməmiş, şəxsi heyətarasında xəsarət alan olmamışdır.

Chosen
73
50
az.trend.az

10Sources