EN

Gürcüstanın xarici ticarət dövriyyəsi 14,2 milyard dollara çatıb

Bakı. Trend:

Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyulaylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq14,2 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bubarədə ölkənin Milli Statistika Xidmətinin saytında məlumatverilib.

Bildirilib ki, hesabat dövründə ölkəyə 10,3 milyard ABŞ dollarıdəyərində məhsul idxal edilib ki, bu da 2024-cü ilin yeddi ayınıngöstəricisindən təxminən 11 faiz çoxdur.

İxracın həcmi isə 3,8 milyard dollar təşkil edib ki, bu da2024-cü ilin yeddi ayı ilə müqayisədə 9 faiz çoxdur.

Gürcüstanın xarici ticarət dövriyyəsində 6,5 milyard 6,5 dollarmənfi saldo yaranıb. Bu da ötən ilin analoji göstəricisindən 11,9faiz çoxdur.

2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü illəmüqayisədə 8 faiz artaraq 23,4 milyard dollar təşkil edib.

Ötən il Gürcüstan məhsulları 6,6 milyard dollar həcmində ixracedilib ki, bu da 2023-cü illə müqayisədə demək olar, 8 faizçoxdur.

2024-cü ildə ölkəyə 16,8 milyard dollar dəyərində məhsul idxaledilib ki, bu da 2023-cü illə müqayisədə 8,1 faiz çoxdur.

Chosen
37
38
az.trend.az

10Sources