EN

İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ baş verdi

BAKI, 17 avqust. TELEQRAF

İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən (Sulavesi adası) 104 km şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Chosen
25
11
teleqraf.com

10Sources