EN

Makrondan SƏRT AÇIQLAMA: Rusiya son 30 ilin...

"Son onilliklər ərzində Rusiyada öhdəliklərini yerinə yetirməmək tendensiyası yer alıb".

Publika.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində Rusiya və ABŞ liderlərinin Rusiya-Ukrayna müharibəsinin həlli üzrə Ankoric görüşünün nəticələrini şərh edərkən yazıb.

O, paylaşımda Alyaska sammitindən sonra ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və avropalı tərəfdaşlarla bugünkü koordinasiya görüşünü şərh edib.

“Son 30 ilin bütün dərslərini, xüsusən Rusiyanın öz öhdəliklərini yerinə yetirməmək meylindən öyrənmək vacib olacaq”, - Makron qeyd edib.

Chosen
104
50
publika.az

10Sources