EN

Juninyo "Flamenqo" klubunu tərk etmək istəyir

Bakı. Trend:

Qışda "Qarabağ"dan transfer olunmuş futbolçu Olavio JuninyoBraziliyanın "Flamenqo" klubunu tərk etmək istəyir.

Trend xəbər verir ki, 29yaşlı hücumçu ona az şans verilməsindən narazılığını bildirib.

Ön xətdəki mövqeyini Pedru, Brunu Enrike və Everton Sebolinyakimi oyunçulara təslim edən Juninyo daha əvvəl SəudiyyəƏrəbistanının "Ər-Riyad" və "Nacran" klublarının da təklifini rəddedib.

"Flamenqo" Samuel Lino və Qonsalo Plata ilə gücləndikdən sonraonun mövqeyi xeyli daralıb.

Son oyunlarda heyətə salınmaması təcrübəli forvardı təklifləridəyərləndirmək qənaətinə gətirib. Səudiyyə Ərəbistanına gedişi həmbraziliyalı futbolçunun özü, həm də klubu üçün ən münasib qərarkimi dəyərləndirilir. "Flamenqo" ondan azad olmaqla, yerinə yenitransfer etmək niyyətindədir. Oyunçunun özü isə yenidən özünügöstərmək məqsədi güdür.

Qeyd edək ki, Olavio Juninyo "Qarabağ"dan "Flamenqo"ya 5 milyonavroya keçib.

Chosen
87
4
az.trend.az

6Sources