Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, mövsümün açılış turunun ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Valensiya” – “Real Sosyedad” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Alaves” – “Levante” görüşündə meydan sahibləri qələbə qazanıblar. “Malyorka”nın qonağı olan son çempion “Barselona” isə 3 xalı 3 cavabsız qolla qazanıb.
İlk turun qalan görüşləri avqustun 17-də və 18-də keçiriləcək.
İspaniya, La Liqa
1-ci tur
15 avqust
Jirona – Rayo Valyekano 1:3
Qollar: Roka, 57 – De Frutos, 18. A.Qarsiya, 20. Palason, 45-pen.
Vilyarreal – Real Ovyedo 2:0
Qollar: Etta Eyonq, 29. Qeye, 36.
16 avqust
Malyorka – Barselona 0:3
Qollar: Rafinya, 7. F.Torres, 23. Yamal, 90+4.
Alaves – Levante 2:1
Qollar: T.Martines, 36 Tenalya, 90+2 – Tolyan, 68.
Valensiya – Real Sosyedad 1:1
Qollar: D.Lopes, 57 – Kubo, 60.
17 avqust
19:00. Selta – Xetafe
21:30. Atletik – Sevilya
23:30. Espanyol – Atletiko
18 avqust
23:00. Elçe – Betis
19 avqust
23:00. Real – Osasuna