Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi “Motor" Polşa çempionatında 5-ci tur oyununu keçirib.
QOL.az xəbər verir ki, komanda evdə “Pyast”la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.
Renat da bu oyunda iştirak edib. 26 yaşlı hücumçu 63-cü dəqiqədə meydana çıxıb. O 88-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, “Motor” hazırda turnir cədvəlində 5 xalla 12-cidir.