EN

"Sülhə doğru real hərəkət yoxdur"

Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində real addım yoxdur.

Paralel.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs ABŞ lideri Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra deyib.

Rinkeviçs qeyd edib ki, qarşıdakı həftələr Rusiyanın gecikdirmə taktikasını davam etdirəcəyini, yoxsa Ukraynaya qarşı müharibənin nizamlanmasına nail olmaq üçün real istəyi nümayiş etdirəcəyini göstərəcək.

"Biz görürük ki, Tramp və Putin siyasi nizamlanma ilə bağlı növbəti addımların nə ola biləcəyi barədə kifayət qədər danışıblar. Təəssüf ki, hələlik atəşkəslə bağlı qərar yoxdur və Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirir", - o bildirib.

Latviya liderinin sözlərinə görə, bu görüş Ukraynada davamlı və ədalətli sülhün əldə edilməsinə yönəlmiş daha geniş və mürəkkəb prosesin elementlərindən biri kimi qəbul edilməlidir.

"Vacib odur ki, ABŞ administrasiyası Avropa liderləri və Ukrayna Prezidenti ilə fəal məsləhətləşmələr aparır. Biz gələcək addımları müzakirə edirik. Əgər daha geniş razılaşma əldə olunarsa və sülh müqaviləsi bağlanarsa, onun ciddi təminatları olmalıdır", - Rinkeviçs vurğulayıb.

O əlavə edib ki, proses hələ çətin vəziyyətlərlə üzləşəcək və çox güman ki, əlavə diplomatik səylər tələb olunacaq. Prezident təklif edib ki, gələn həftə kifayət qədər gərgin keçəcək, çünki avqustun 18-də ABŞ və Ukrayna prezidentlərinin görüşü və növbəti məsləhətləşmələr gözlənilir.

Chosen
142
23
paralel.az

10Sources