EN

“Gözəllik kraliçası”nın ayağına daş asıb dənizə atdılar

Filippinin keçmiş "Gözəllik kraliçası" qətlə yetirilib.
 
Keçmiş model Acquene Arradaza mağazadan çıxarkən silahlı şəxslər tərəfindən qaçırılıb.
 
Daha sonra qadının meyiti dənizdə əlləri və ayaqları bağlı halda, ayağına daş asılmış vəziyyətdə tapılıb.
 
Onun cəsədini bir neçə gün sonra sahildə balıqçılar tapıb və polisə məlumat veriblər.
 
Polis cəsədin boynunda velosiped zəncirinin olduğunu bildirib.
 
Səlahiyyətlilər hadisənin məqsədyönlü və planlı hücum olduğunu bildiriblər.
 
Buna isə Arradazanın daha əvvəl 2012-ci ildə "Miss Matag-ob" müsabiqəsindəki qələbəsi və son illərdə həmin hadisənin sosial mediada sensasiya yaratması əsas gətirilib.
 
Qeyd edək ki, bu, "gözəllik kraliçaları"nın hədəf alındığı ilk sui-qəsd hadisəsi deyil.
 
İyun ayında Ekvadordan olan keçmiş "gözəllik kraliçası" Parraga Qoyburo avtomobildə səyahət edərkən güllələnərək öldürülmüşdü.
 
(Milli.Az)
Chosen
39
2
moderator.az

10Sources