EN

“Qarabağ”ı aradan qaldıra bilsək…” - Coy-Lens Mikels

“Karvan-Yevlax” - “Qəbələ” oyunundan sonra qardaşına dəstək üçün Şamaxıya gələn “Sabah”ın ulduzu Coy-Lens Mikels “Football-plus.az”a həm “Levski” ilə oyun, həm də özü haqda açıqlama verdi:
“Biz nəticəni çox istəsək də, “Levski” meydanda üstün çıxış etdi, fürsətləri maksimum dəyərləndirdi. Bəzi epizodlarda istədiyimiz oyunu göstərə bilmədik və nəticə etibarilə bunu qəbul etməliyik. “Sabah”da 50-ci qolumu vurmuşam, bu mənim karyeram üçün önəmlidi, məşqçinin taktikasını öz oyun üslubuma uyğun tətbiq etməkdən zövq alıram. “Karvan-Yevlax” yeni qurulmuş komandadı. Ona zaman lazımdı, amma hər iki komandaya uğurlar arzulayıram. Çempionata mən də Mikels premyer-liqası deyərdim (gülür). Biz üç qardaş burda çıxış edirik və xoşbəxtik. Hələ mövsümünün əvvəlidi. “Qarabağ” kiçik komandalarla oyunlarda xal itirmir. Biz isə belə səhvlərə yol veririk. “Qarabağ”a ən çox başağrı olan da məhz bizik. Onları aradan qaldıra bilsək, çempionluq haqda danışmaq mümkün olacaq. Bir qədər məyusuq, amma futbolda və həyatda hər şey belədi. Bəli, 100 faiz özümü bakılı balası kimi hiss edirəm” (gülür).

MÜZƏFFƏR QULUZADƏ
Chosen
31
31
football-plus.az

10Sources