EN

ABŞ qəzzalılarla bağlı viza qərarını dəyişdirdi

ABŞ Qəzza əhalisinə bütün növ ziyarətçi vizalarının verilməsini dayandırdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti X sosial media platformasında bəyanat yayıb.

“Son zamanlar tibbi və humanitar işçilər üçün məhdud müvəqqəti vizaların verilməsi məqsədilə istifadə olunan proseslər və prosedurları tam və hərtərəfli nəzərdən keçirərkən, Qəzzadan olan şəxslərə bütün ziyarət vizalarının verilməsini dayandırırıq”, - deyə bəyanatda qeyd olunub.

Chosen
82
2
sitat.info

10Sources