"Nottingem Forest" yeni transferini açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçi Omari Hatçinsonla müqavilə imzalanıb.
21 yaşlı futbolçu ilə 5 illik anlaşma bağlanıb. Transfer "ormançılar"a 43 milyon avroya başa gəlib.
Hatçinson ötən mövsüm "İpsviç"in heyətində 32 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Arsenal" akademiyasının yetirməsidir. Yarımmüdafiəçi həmçinin bir müddət "Çelsi"nin də şərəfini qoruyub.