EN

Rusiyada yenidən güclü zəlzələ oldu - YENİLƏNİB

21:50

Rusiyanın Kamçatka diyarında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Təbiət hadisəsi Petropavlovsk-Kamçatskdan 469 km aralıda baş verib. Zəlzələ ocağı 28,6 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur. \\Milli.Az 

-----------

14:17

Rusiya Federasiyasının Kamçatka bölgəsində güclü zəlzələ qeydə alınıb.Hadisə Petropavlovsk-Kamçatsk şəhərindən təxminən 252 kilometr məsafədə baş verib və maqnitudası 5.1 bal olaraq ölçülüb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, bu zəlzələdən bir neçə dəqiqə öncə, şəhərdən 123 kilometr aralıda 5 ballıq digər bir zəlzələ baş tutub. Bu hadisənin episentri 35.7 kilometr dərinlikdə yerləşib.

Bundan əvvəl isə Petropavlovsk-Kamçatskdan 227 kilometr məsafədə 4.8 bal gücündə zəlzələ qeydə alınmışdı. \\Milli.Az 

Chosen
94
6
hurriyyet.az

5Sources