EN

ABŞ Qəzza sakinlərinə verilən vizaları müvəqqəti dayandırıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

ABŞ Dövlət Departamenti Qəzza sakinlərinə verilən vizaların fəaliyyətini dayandırıb.

TurkicWorld xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib.

“Qəzza sakinləri üçün bütün giriş vizaları dayandırılıb. Bu qərar, son günlər tibbi və humanitar məqsədlərlə verilən az sayda müvəqqəti vizaların təqdim olunmasında istifadə olunan prosedurların tam və ətraflı şəkildə yoxlanışı başa çatana qədər qüvvədə qalacaq”, – bəyanatda qeyd olunub.

Beləliklə, ABŞ müvəqqəti olaraq Qəzza sakinlərinə verilən vizaları dayandırıb və səbəb kimi humanitar və tibbi vizaların verilməsi mexanizminin yenidən yoxlanılmasını əsas göstərib.

Xatırladaq ki, bundan əvvəl İsrail ordusunun Qəzza zolağına qarşı son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 70 fələstinlinin həlak olduğu, 385 nəfərin isə yaralandığı açıqlanmışdı.

Chosen
46
2
turkic.world

10Sources