EN

Pakistanda DƏHŞƏT: 48 saat ərzində 300 dən çox insan ÖLDÜ KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pakistanın şimal-qərbində son iki gündə leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ən azı 344 nəfər həlak olub, 32 nəfər itkin düşüb, yüzlərlə insan yaralanıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə avqustun 16-da “Geo” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ən çox itki Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Belə ki, burada 328 nəfər həyatını itirib.

Əyalətin Buner, Svat, Mansehra, Bajaur və Battaqram rayonları xüsusilə ağır zərər alıb.

Daşqınlar geniş sürüşmələrə səbəb olub, yüzlərlə yaşayış binası, elektrik xətləri, yollar, körpülər və digər infrastrukturlar dağılıb və ya zədələnib. Bir çox ərazidə mobil rabitə baza stansiyalarının zədələnməsi səbəbindən əlaqə kəsilib. Hazırda 3800 sakin təxliyə edilib, 2000-dən çox insan xilasetmə işlərinə cəlb olunub.

Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir. Bu dövr kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən yağışlar gətirsə də, tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
66
4
konkret.az

10Sources