EN

4 cü Milli Yaylaq Festivalının açılışı mərasimində keçirilib FOTOLAR

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Milli Yaylaq Festivalının açılış mərasimi keçirilib. IV Milli Yaylaq Festivalının açılış mərasimi keçirilir.

SİA xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, digər rəsmilər, eləcə də ölkənin mədəni-ictimai şəxsləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

Builki festivalın açılış konsertində Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gələn sənətçilər çıxış edəcək.

Festival Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilir.

Konsert çıxışı zamanı Bilal Ərdoğan hər kəsi ürəkdən salamlayıb. O, bu festivalın keçirilməsi üçün rəhbərliyə öz təşəkkürünü bildirib: “Bu gün artıq dördüncü Milli Yaylaq Festivalının açılışındayıq. Çox tədqirə layiq bir layihədir. Türkiyə-Azərbaycan qardaşlığıda bu festivalda özünü biruzə verir. Ümid edirik ki, bu festival davamlı şəkildə Azərbaycanda baş tutar. Daim əl-ələ verib, bütün çətinliklərlə keçmişik. Bu gün Türk dünyasının güclü olması üçün bir-birimizi sevməliyik. Cənab Prezident İlham Əliyevə hər bir şeyə görə təşəkkür edirik”.

Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək, bütün qonaqları salamlayıb: “İştirakçıların sayı ildən-ilə artır. Bilal bəyə təşəklür edirik ki, bu cür festivallarda hər zaman bizə dəstək olur. Festivalın baş tutmasında əməyi keçən hər kəsə minnətdarıq. Ölkə başçısının dəstəyi nəticəsi bu festival həyata keçirilir. Festivalın əsas məqsədi milli adət-ənənələrimizi yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Ölkəmizdə bu cür festivallar çox olsun”.

Milli Yaylaq Festivalının rəhbəri Müzadil Həsənov bütün qurumlara təşəkkür edib: “Böyük təşəkkürümüzü Gənclər və İdman Nazirliyinə təşəkkür edirik ki, artıq 4-cü dəfədir ki, tədbirin həyata keçirilməsinə böyük dəstək verir”.

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Banuçiçək Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
3
sia.az

4Sources