EN

https://paytaxt.org/manshet/2912-meshhur-mugenni-reqsane-ismayilova-bakida-hebs-edildi-resmi.html

Şəkidə "Mercedes" ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 15 radələrində Şəkiyə giriş avtomobil yolunun Çeşməli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Qəza zamanı avtomobildə olan sərnişin, rayonun Daşüz kənd sakini 28 yaşlı Rəvanə Qurbanova, onun iki azyaşlı övladı 5 yaşlı İnci və 1 yaşlı Ayla Qurbanova xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.


Faktla bağlı araşdırma aparılır.

Chosen
10
50
ekologiya.az

10Sources