Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak hakim qarşısına çıxarılacaq.
Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, buna səbəb Bodrumda səhər yeməyi zamanı atasına pult atmasıdır.
Belə ki, hadisə ötən il baş verib. Ata qız səhər yeməyi yeyərkən onlar arasında yaranan mübahisə davaya dönüb.
Qəzəblənən Çıtak əlinə aldığı pultu atasına atıb.
Hadisə zamanı Tatlısəs xəsarət almasa da, evdə işləyən şəxslər olanları məhkəmədə təsdiqləyib.
İbrahim Tatlısəs daha sonra işçilərinə qızı evdən çıxarmağ əmr edib. Bu əsnada ata qız uca səslə bir-birləri ilə mübahisə etməyə davam ediblər.
Müğənni əvvəlcə qızını polisə versə də, daha sonra şikayətini geri götürüb. Buna baxmayaraq prokurorluq işi davam etdirib.
Prokurorluq televiziyanın pultunu “silah” hesab edib və bu əməli “silahla hücuma cəhd” kimi səciyyələndirib.
İstintaq faylına görə, Çıtak ifadəsində ittihamları etiraf edib.
Sübutlar və şahid ifadələri əsasında hazırlanan ittiham aktı cəzalandırılma tələbi ilə məhkəməyə göndərilib.
Billurə