EN

Ərdoğanın oğlu Azərbaycana gəldi - VİDEO - FOTO

BAKI, 16 avqust. TELEQRAF

Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan Azərbaycana gəlib.

Teleqraf xəbər verir ki, o, Göygöldə keçirilən IV Milli Yaylaq Festivalında fəxri qonaq olaraq iştirak edib.

Ərdoğan jurnalistlərə açıqlamasında bütün gənclərin milli birlik düşüncəsində yetişməli olduğunu bildirib: “Öz kimliyimizi qorumaq eyni zamanda vətəni qorumaq deməkdir. Arzu edirik ki, beynəlxalq qurum olaraq dünyada heç bir milli kimlik yox olub getməsin”.

Təşkilatçılar tərəfindən Nəcməddin Bilal Ərdoğana xatirə hədiyyələri təqdim edilib.

Chosen
70
4
teleqraf.com

10Sources