
Balakəndə camış sahibini öldürüb.Ulusum.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İtitala kəndində baş verib. Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.H.Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin H.Hüseynova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
Diqqət Çəkənlər
Alyaskada TARİXİ AN – Tramp və Putin Ukrayna üçün üz-üzə!
İllər Keçdikcə Ailə: Hər Dövrdə Münasibətləri Qorumağın Yolları
Rusiyada avtomobil hərəkətdə olarkən öpüşün hüquqi nəticələri açıqlandı