Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşündə əldə olunan razılaşmalar rəsmi Bakının regional ticarət də daxil olmaqla mövqeyini gücləndirir, həmçinin Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyi gücləndirir.BUTA.TV xəbər verir ki, bu fikri “Sabah” qəzetində Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yücə söyləyib. Onun sözlərinə görə, Ağ Evdə səslənən bəyanatlar Azərbaycanın regional logistika və enerji qovşağı kimi potensialını üzə çıxarmağa imkan verir: “Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə etməyə başlayacaq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına, o cümlədən respublikanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoyuluşu üçün yeni imkanlar açılacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütün regionun, o cümlədən Ermənistanın iqtisadiyyatı üçün təkan olacaq. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya Cənubi Qafqazda qüvvələr balansını kökündən dəyişəcək”.