EN

Atasının traktorundan yıxılıb təkərin altında can verdi

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə ata traktorla azyaşlı qızını əzərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ərzurum rayonunun Pasinlər qəsəbəsində baş verib.

Ravza Eygün atası Əhmədin idarə etdiyi traktordan yıxılıb və təkərin altında qalıb. Dəhşətli dərəcədə əzilən uşaq yerindəcə keçinib.

Azyaşlının meyiti tibbi ekspertiza şöbəsinə təhvil verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
3
lent.az

4Sources