EN

Sərnişin avtobusu körpüdən çaya düşdü: 18 ölü

Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.

Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.

Chosen
54
12
konkret.az

10Sources