EN

Zelenski: Rusiya ordusu daha əlverişli siyasi şərait üçün təzyiqi gücləndirməyə cəhd edə bilər

Rusiya Silahlı Qüvvələri qlobal subyektlərlə danışıqlar üçün daha əlverişli siyasi şərait yaratmaq məqsədilə yaxın günlərdə Ukraynanın mövqelərinə təzyiq və zərbələri gücləndirməyə cəhd edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin cəbhədəki vəziyyətə dair məruzəsindən sonra sosial şəbəkələrdə məlumat verib.

Zelenskinin sözlərinə görə, o, Ukrayna ətrafındakı siyasi-diplomatik vəziyyətə və Sırskinin məruzəsinə əsaslanaraq belə nəticəyə gəlib.

"Rusiya qoşunlarının hərəkət etməsini və hazırlıq görməsini qeydə alırıq. Əlbəttə, qarşı duracağıq - lazım gələrsə, asimmetrik formada. Bütün cəbhə xətti boyunca mövqelərimizi qoruyuruq və artıq ikinci gündür ki, Donetsk vilayətində Dobropolye və Pokrovsk kimi son dərəcə çətin istiqamətlərdə uğurlar əldə edirik", - o qeyd edib.

Chosen
30
4
ikisahil.az

10Sources