EN

Spirtli içki qəbul etdikdən sonra dostunu öldürən şəxsə AĞIR CƏZA

Oxu.az saytına istinadən ain.az xəbər verir.

2024-cü il avqustun 4-də Nərimanov rayonunda yerləşən mənzildə 51 yaşlı Ülvi Qasımovun üzərində bıçaq xəsarətləri olan meyiti tapılıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə iş başlanılıb. İstintaqla müəyyən edilib ki, hadisə baş verən gecə Qasımovla kirayədə qaldığı Hikmət Muxtarov spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə düşüb.

Qasımov nalayiq ifadələr işlədib və Muxtarov onu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra o, meyitin fotosunu çəkərək tanışlarına göndərib və könüllü şəkildə polisə təslim olub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Qasımovun ölümünə qaraciyər zədələnməsi və qanitirmə səbəb olub. Onun qanında 0.8% etil spirti aşkarlanıb.

Qeyd edək ki, 35 yaşlı Hikmət Muxtarov əvvəllər də məhkum olunub. Hadisəni törətdiyini etiraf etsə də, məhkəmədə peşman olmadığını bildirib. Məhkəmə əməlində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsinin tərkibini görərək, Hikmət Muxtarovu 16 il müddətinə azadlıqdan məhrum edib.

Ətraflı Baku TV-nin videomaterialında:

Spirtli içki qəbul etdikdən sonra dostunu öldürən şəxsə AĞIR CƏZA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
24
oxu.az

10Sources