EN

Zelenski Ukraynanı atəşkəsə çağırıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Zelenski Ukraynanı “quruda, havada və dənizdə atəşkəs”ə çağırıb

TurkicWorld xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin davamlı və qalıcı sülhlə bitməsinin vacibliyini vurğulayaraq, atəşkəsin həm quruda, həm havada, həm də dənizdə təmin olunmasını tələb edib. O, həmçinin bütün ukraynalı hərbi və mülki əsirlərin azad edilməsini və Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılmasını önə çəkib.

Zelenski Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarını şərh edib, bazar ertəsi Vaşinqtona gedəcəyini bildirib. O, görüşdüyü liderlərin müharibənin dayandırılması ilə bağlı aydın mövqedə olduğunu, Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin ABŞ və Avropanın dəstəyi ilə təmin edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Zelenski Ukraynanın iştirakı olmadan regional və beynəlxalq məsələlərin həll edilməsinin mümkün olmadığını bildirib və bütün qərarların Ukraynanın iştirakı ilə alınmasının vacibliyini diqqətə çatdırıb.

Chosen
43
24
turkic.world

10Sources