EN

ABŞ hesabat yaydı: Ankaradan sərt reaksiya...

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Dövlət Departamentinin dərc etdiyi 2024-cü il İnsan Haqları Hesabatında Türkiyəyə qarşı təkrarlanan əsassız ittihamları rədd edirik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Türkiyə terrorun bütün forma və təzahürlərinə qarşı qanunun aliliyini əsas götürərək, hüquq və azadlıqlar çərçivəsində uğurla mübarizə aparır:

“Hesabatda bu məsələlərlə bağlı yer alan iddialar reallıqdan uzaqdır. Bundan başqa, hesabatda FETÖ terror təşkilatı tərəfindən manipulyasiya xarakterli ritorika ilə irəli sürülən əsassız və yalan iddiaların yer almasından təəssüflənirik”.

Açıqlamada Türkiyənin Suriyadakı terrorla mübarizə əməliyyatlarının özünümüdafiə hüququ əsasında, mülki şəxslərə və infrastruktura zərər vermədən aparıldığı bildirilib. Sözügedən əməliyyatların ədalətli və qanuni çərçivədən kənarda göstərilməsinin son dərəcə yanlış olduğu da vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
72
2
axar.az

9Sources