EN

Karyerasını başa vurdu

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Erik Lamela peşəkar futbolçu həyatı ilə bağlı vacib qərar verib. "Football-plus.az" xəbər verir ki, Argentina yığmasının sabiq yarımmüdafiəçisi karyerasını başa vurub.33 yaşlı futbolçu bu barədə özü açıqlama yayıb. Onun sonuncu klubu Yunanıstan AEK-i olub. Lamela bundan sonra 2021-24-cü illərdə çıxış etdiyi və Avropa Liqasının qalibi olduğu “Sevilya”nın məşqçilər korpusunda çalışacaq.Onun “River Pleyt”, “Roma” və “Tottenhem”də çıxış etdiyini də xatırladaq. Erik Argentina yığmasında 25 oyun keçirib və 3 qol vurub. 2021-ci ildə Lamelanın “Tottenhem”də çıxış edərkən “Arsenal”ın qapısına vurduğu qol ilin ən baxımlı qoluna - Puşkaş mükafatına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
3
icma.az

4Sources