EN

Microsoft istifadəçilərə Windows-u yeniləməyi tövsiyə etdi

Microsoft şirkəti Windows əməliyyat sistemi üçün avqust ayı təhlükəsizlik yeniləməsini təqdim edib. Bu yeniləmə ilə ümumilikdə 107 boşluq aradan qaldırılıb, onlardan 13-ü kritik səviyyədə qiymətləndirilib. Təhlükəsizlik patch-i Windows 10, Windows 11 və Windows Server də daxil olmaqla bütün dəstəklənən versiyalara şamil olunur.

Bizim.Media xəbər verir ki, bu barədə ZDNet məlumat yayıb.

Yeniləmə Windows-un əsas komponentlərində – “Explorer” (Pроводник), uzaqdan iş masası (Remote Desktop), Hyper-V modulunda, həmçinin Microsoft Office, Edge və Teams tətbiqlərində aşkarlanan boşluqları bağlayır. Ən təhlükəli boşluqlardan biri – CVE-2025-53779 adlı “zero-day” (sıfır gün) zəifliyi olub. Ümumilikdə kritik boşluqlardan 9-u uzaqdan kod icrası imkanı ilə bağlıdır.

Bundan başqa, yeniləmə CrowdStrike təhlükəsizlik həllərinin işində ola biləcək nasazlıqların qarşısını almaq üçün də əlavə düzəlişlər gətirir.

Microsoft istifadəçiləri sistemi dərhal yeniləməyə çağırıb. Həmçinin şirkət Windows 10 istifadəçilərinə xatırladıb ki, təhlükəsizlik yeniləmələrini 2026-cı ilin oktyabrına qədər pulsuz almağın iki yolu mövcuddur. Ətraflı məlumat üçün isə Microsoft-un rəsmi saytına müraciət etmək tövsiyə olunur.

Bizim.Media

Chosen
61
bizim.media

1Sources