EN

Makron Rusiya ABŞ sammitindən sonra “istəklilər koalisiyası”nın görüşünü açıqlayıb

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa prezidenti Emmanuel Makron Kiyevə yardım göstərmək istəyənlər koalisiyasının qarşıdakı iclasını elan edib.

Bizimyol.info xəbər verir ki, bu barəd Fransanın dövlət başçısı "X" sosial şəbəkə hesabında yazıb.

“İstənilən davamlı sülh təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmalıdır. Bu baxımdan, mən ABŞ-ın bu məsələdə kömək etmək istəyini alqışlayıram. Biz onlarla və tezliklə yenidən görüşəcəyimiz “istəklilər koalisiyası”ndakı bütün tərəfdaşlarla konkret irəliləyişə nail olmaq üçün işləmək niyyətindəyik”, - deyə Fransa prezidenti qeyd edib.

Makronun sözlərinə görə, Fransa “Avropa maraqlarına hörmət edilməsini təmin etmək üçün Donald Tramp və Vladimir Zelenski ilə yaxından işləməyə davam edəcək”.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
36
icma.az

10Sources