EN

Vidadi Babanlı vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və “Şərəf” ordenli yazıçı Vidadi Babanlı 98 yaşında vəfat edib.
Tribunainfo.az xəbər verir ki, mərhum sabah dəfn olunacaq.
Yazıçının dəfn yeri hələlik müəyyənləşməyib.
Vidadi Babanlı “Qazax” Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü və Əməkdar incəsənət xadimi idi.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində anadan olub. ADU-nun fılologiya fakültəsində təhsil alıb. “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib. C. Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, “Yazıçı” nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeiridir.

 

Chosen
92
48
tribunainfo.az

10Sources