EN

Biri general-leytenant, ikisi general-mayor oldu – Onlar kimlərdir?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib.

Tribunainfo.az xəbər verir ki, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verilib

General-mayor Babək Vahid oğlu Qurbanov general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinov isə general-mayor rütbəsi ilə təltif edilib.

B. Qurbanov Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Qeyd edək ki, “general-leytenant” Babək Qurbanov Şahbuz rayonundandır. O, 1982-ci ildə anadan olub.

General rütbəsinə yüksələn Azər Şirinov isə İkinci Qarabağ Müharibəsindən sonra Laçın Sərhəd Buraxılış Məntəqəsində sərhədçilərin rəisi olub.

Azər Şirinov Vətən Müharibəsindən sonra müxtəlif orden və medallarla təltif olunub. Hazırda isə DSX-də idarə rəisidir.

 

Chosen
90
12
tribunainfo.az

10Sources