BAKI, 16 avqust. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı və Naxçıvan şəhərlərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Teleqraf-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.