EN

Zelenski: Trampla yenidən görüşəcəyəm

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya lideri Vladimir Putinlə keçirilən görüşdən sonra “İndi hər şey prezident Zelenskidən asılıdır” deyə açıqlama verib.

News365.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Trampın bu açıqlamasına dərhal cavab verib.

“X” hesabında paylaşım edən Zelenski Trampla təxminən bir saat yarım davam edən görüşlərində əsaslı müzakirələr apardıqlarını bildirib:

“Bazar ertəsi Vaşinqtonda prezident Trampla yenidən görüşəcəyəm. Qırğına və müharibəyə son qoyulması ilə bağlı bütün detalları danışacağıq”.

Chosen
17
50
news365.az

10Sources