EN

General Kelloqun qızı ABŞ hərbçilərini Putinin qarşısına xalı sərməyə vadar edənlərin cəzalandırılmasını tələb etdi...

Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinin ayağının altına qırmızı xalça sərmək üçün Amerika əsgərlərindən istifadə etməyə qərar verən məmurlar məsuliyyətə cəlb edilməlidir. Bu, biabırçı qərardır".

Hafta.az "Fokus" nəşrinə istinadla xəbər verir ki,  bunun ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloqun qızı və "R.T.-Weatherman" fondunun rəhbəri Meqan Mobbs bildirib.

O, sosial şəbəkədə yazıb: "Uniformalı Amerika əsgərləri ən böyük düşmənlərimizdən biri üçün qırmızı xalçanı yaymaq üçün istifadə edilməməli idi. Nöqtə. Biabırçı bir qərardır və bunu edən hər kəs bunun nəticələrinin cəzasını çəkməlidir".

Amerikalı generalın qızı əlavə edib: “Ən azından, xalçanı sərənlər forma geyinməməli idilər”.

Xatırladaq ki, avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Kreml rəhbəri Vladimir Putin Alyaskanın Ankoric şəhərində görüşüb və bu zaman Tramp Rusiya prezidentini bir neçə dəfə alqışlayıb. Lakin Ağ Ev bu kadrları videolardan kəsib. Bu, ehtimal ki, sosial şəbəkə ABŞ prezidentinin bu cür hərəkətlərinə reaksiyalarla "partladıqdan" sonra edilib. İnsanlar Trampın ukraynalı uşaqları qaçırdığına görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilən siyasətçini alqışladığına diqqət çəkiblər.

Chosen
2
hafta.az

1Sources