Gəncədə yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Sözügedən ünvanda açıq ərazidə məişət tullantıları yanıb. Dərhal əraziyə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.Yanğın zamanı yaxınlıqda olan 9 mərtəbəli binanın 1-ci mərtəbəsinə alov keçib.Yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi zamanı söndürülüb.Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Xöşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzillərə ziyan dəyib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Â