EN

Türkiyədə meşə yanğınları nəzarət altına alınır

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyənin 7 şəhərində meşə yanğınları tamamilə söndürülüb.

TurkicWorld xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı meşə yanğınları ilə bağlı son durumu açıqlayıb. Nazir bildirib ki, Mersinin Anamur-Silifke, Diyarbəkirin Lice, Adıyamandın Besni, Afyonkarahisarın Bolvadin, Karamanın Ermenek, Çanaqqalanın Bayramiç və İzmirin Urla rayonlarında baş verən yanğınlar tamamilə nəzarət altına alınıb.

Onun sözlərinə görə, Kocaelinin Karamürsel bölgəsindəki yanğın isə böyük ölçüdə nəzarət altına alınıb və hazırda soyutma işləri davam etdirilir. Yumaklı bildirib ki, yaşıl ərazilərin qorunması üçün həm qurudan, həm də havadan yanğınlara qarşı mübarizə davam edir.

Qeyd edək ki, son günlər Türkiyənin müxtəlif bölgələrində yüksək temperatur və güclü küləklər səbəbindən bir neçə meşə yanğını qeydə alınıb.

Chosen
6
turkic.world

1Sources