Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Tomas Müller MLS klublarından “Vankuver Uaytkeps” ilə danışıqlar aparır.Jurnalist Ben Ceykobsun yaydığı məlumata görə, 35 yaşlı almaniyalı futbolçuya ABŞ-nin digər klubu “Sinsinnati” də maraq göstərir. Lakin hazırda Müllerin karyerasını davam etdirməsi üçün ən real istiqamət məhz “Vankuver Uaytkeps” hesab olunur.Tomas bu yay keçirilən Klublararası Dünya Çempionatından sonra “Bavariya” ilə yollarını ayırıb. Münhen klubunun heyətində ümumilikdə 756 oyunda forma geyən təcrübəli oyunçu 250 qol vurub, 276 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.