EN

Qəzzada aclıq böhranı dərinləşir

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Qəzzada aclıq böhranı dərinləşir - ölənlərin sayı 251-ə yüksəlib.

TurkicWorldxəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş bölgədə aclıqdan ölənlərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, son 24 saat ərzində daha 11 fələstinli aclıq və qida çatışmazlığından həyatını itirib. Bununla da 7 oktyabr 2023-dən bəri aclıq səbəbilə ölənlərin ümumi sayı 251-ə çatıb, onların 108-i uşaqlardır.

Qəzza hazırda İsrailin blokadası və hücumları nəticəsində su, ərzaq, dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzədir. Humanitar təşkilatlar bildirirlər ki, aclıq xüsusilə uşaqlar arasında ölüm hallarını artırır. Yerli və beynəlxalq qurumlar İsrailin aclıq və susuzluğu “silah kimi” istifadə etdiyini vurğulayır.

Qeyd edək ki, İsrailin hücumları nəticəsində Qəzzanın 88 faizi dağıdılıb, təxminən 2,3 milyon əhalidən 2 milyona yaxın insan dəfələrlə didərgin düşüb. Fələstinlilər müvəqqəti çadırlarda və ya sıxlıq səbəbindən gigiyena şəraiti zəif olan məktəblərdə sağ qalmaq uğrunda mübarizə aparır. İsrail ordusu isə köçkünlərin çadırlarını və sığındıqları mülki əraziləri gündəlik bombardman etməyə davam edir.

Chosen
25
turkic.world

1Sources