EN

FETÖ yə qarşı əməliyyat: 49 nəfər saxlanıldı

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə FETÖ terror təşkilatına qarşı 29 vilayətdə keçirilən əməliyyatlarda 49 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya saxlanılanlardan 39 nəfərinin məhkəmənin qərarı ilə həbs edildiyini bildirib.

Həmin şəxslər sosial şəbəkələrdə FETÖ ilə bağlı təbliğat aparmaqda, təşkilat üzvləri ilə gizli əlaqə qurmaqda və maliyyə dəstəyi göstərməkdə ittiham olunurlar. 

Əməliyyat zamanı çox sayda sənəd və elektron avadanlıq da ələ keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
66
9
bakivaxti.az

10Sources