"Sumqayıt"ın yeni kapitanı məlum olub.

Offsideplus.az xəbər verir ki, bu mövsümdən etibarən sarğını Səbuhi Abdullazadə daşıyacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roi Kehat olacaq.

Qeyd edək ki, "Sumqayıt"ın yetirməsi olan S. Abdullazadə 2019-cu ildən bəri əsas komandada çıxış edir. O, "kimyaçılar"ın heyətində 171 oyuna çıxıb.