EN

Zelenski Trampla bu tarixdə görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 18-də ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını bildirib.

Ölkə.az xəbər verir ki, bunu Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra Telegram kanalında yazıb.

“Bazar ertəsi Vaşinqtonda prezident Trampla münaqişəyə son qoymağın bütün təfərrüatlarını müzakirə etməyi planlaşdırıram. Dəvətə görə minnətdaram", - Zelenski yazıb.

Zelenski əlavə edib ki, söhbət bir saat yarım davam edib və mənalı olub. 

Tramp Putinlə danışıqların əsas məqamlarını açıqlayan Zelenski deyib ki, Kiyev Trampın Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyir. “Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və bunun üçün üçtərəfli formatın uyğun olduğunu vurğulayır", - Zelenski qeyd edib. 

O həmçinin Amerika ilə birlikdə etibarlı təhlükəsizlik naminə Avropanın bütün mərhələlərdə iştirakının vacibliyini qeyd edib.

Mürtəza

Chosen
58
35
olke.az

10Sources