EN

Ryazanda partlayışa görə matəm elan edilib

Rusiyanın Ryazan vilayətinin Şilov rayonundakı müəssisənin barıt sexində baş verən və 11 nəfərin həyatına son qoyan hadisə ilə əlaqədar 18 avqust matəm günü elan edilib.

Moderator.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regionun başçısı Pavel Malkov bildirib.

Onun sözlərinə görə, regionun bütün ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək, mədəniyyət müəssisələri, teleradio şirkətləri və təşkilatlara əyləncəli tədbirləri ləğv etmək tövsiyə olunub.

Chosen
87
moderator.az

1Sources